Daşınmaz əmlak sektoru, müştərək mülkiyyətli əmlakların səmərəli idarə olunması və çoxmənzilli binaların düzgün saxlanılması – bunlar hər birimizin həyatına birbaşa təsir edən, daim iç-içə olduğumuz və aktiv iştirakçısı olduğumuz sahələrdir.
Ölkəmizin müstəqillik dövründə bu sahədə yeni yanaşmalar formalaşmış, daşınmaz əmlakın idarə edilməsində müasir idarəetmə modelləri və innovativ həllər tətbiq olunmağa başlanmışdır. Nəticədə, bu dəyişikliklər ictimaiyyət arasında yeni suallar doğurmuş, əmlak idarəçiliyinə dair məlumat ehtiyacını artırmış və şəffaflıqla bağlı gözləntiləri daha da yüksəltmişdir.
MMMC.AZ blog platforması məhz bu ehtiyacları qarşılamaq, ictimaiyyəti daşınmaz əmlakın effektiv və şəffaf idarə olunması, müştərək mülkiyyət prinsipləri, qanunvericilik yenilikləri və beynəlxalq təcrübələr barədə məlumatlandırmaq məqsədilə yaradılmışdır.
MMMC.AZ blog platforması məhz bu ehtiyacları qarşılamaq, ictimaiyyəti daşınmaz əmlakın effektiv və şəffaf idarə olunması, müştərək mülkiyyət prinsipləri, qanunvericilik yenilikləri və beynəlxalq təcrübələr barədə məlumatlandırmaq məqsədilə yaradılmışdır.
Bu layihənin təşəbbüskarı olan "MİB Solution" MMC, bina idarəetməsində innovativ yanaşmaları tətbiq edərək, həm müştərək mülkiyyət sahiblərinə, həm də bu sahədə fəaliyyət göstərən peşəkar idarəçilərə dəstək olmağı qarşısına məqsəd qoymuşdur.
Daşınmaz əmlakın idarə olunmasında müasir texnologiyaların tətbiqi artıq zərurətə çevrilmişdir. Bu istiqamətdə "MİB Solution" MMC tərəfindən hazırlanmış "Smartbinam" veb və mobil tətbiqi, bina idarəetməsi ilə məşğul olan şəxslərə və qurumlara effektiv həllər təqdim edir.
Bu platforma vasitəsilə:
- Ümumi xərclərin şəffaf və rahat idarə olunması,
- Onlayn ödəniş və hesabatların izlənilməsi,
- İctimai qərarların onlayn yığıncaq və səsvermə yolu ilə qəbul edilməsi,
- Sakinlər arasında interaktiv əlaqə və müraciətlərin rahat şəkildə çatdırılması təmin edilir.
İstənilən maraqlı tərəf MMMC.AZ blog səhifəsini izləməklə bu sahədə toplanmış təcrübə və biliklərdən faydalana bilər. Biz daim yenilənən məqalələr, ekspert rəyləri və praktiki tövsiyələr vasitəsilə sizə daşınmaz əmlak idarəçiliyində ən doğru qərarları verməyə kömək edəcəyik.
Bizimlə birlikdə daha şəffaf, daha səmərəli və müasir idarəetmə modelinə bir addım daha yaxın olun!


