mmmc@mibs.az

+994 55 404 09 10

Kommunal xidmət haqqını ödəmək məcburiyyətindəyəmmi? – Sözün açığı, Bəli!

“Yaşamıram, ödəmirəm” – Tanış ssenari, ancaq qanun da tanışdır!
İstər yaşamaq üçün, istər investisiya məqsədilə mənzil almısınız və düşünürsünüz:
 “Onsuz da yaşamıram, niyə hər ay pul ödəməliyəm?”
Bu fikirlər ilk baxışda məntiqli görünə bilər. Amma gəlin məsələni bir az fərqli tərəfdən düşünək:
  • Mənzil alanda nə düşünürdünüz?
  • “Gələcəkdə bu evin dəyəri artacaq”, elə deyil?
  • Bəs o dəyər təkcə dörd divarla ölçülürmü?
Yoxsa binanın həyəti baxımlı, bloklar təmiz, liftlər işlək, ümumi sahələr səliqəli olanda bu mənzil daha tez satılır və daha yüksək qiymətə çıxır?
➡️ Qısa desək, evinizin dəyəri təkcə kərpiclə yox, bina mühitinin vəziyyəti ilə ölçülür.

🚪 “Xidmət yoxdursa, pul da yoxdur!” – Həqiqətən bu qədər sadədirmi?
Bəziləri deyir: “Xidmət keyfiyyəti qane etmir, niyə ödəyim?”
Gəlin bu sualı bir də belə verək:
  • Blok işıqları tamamilə sönübmü?
  • Liftlər işləmirmi?
  • Həyətdə bir dənə də zibil qabı yoxdurmu?
Bu sualların hamısına “bəli” deyə bilirsinizsə, təbrik edirik – siz artıq bina xarabalığının ilk mərhələsinə qədəm qoymusunuz. 😊
Xidmət keyfiyyətindən narazılıq normaldır. Ancaq bu problemi həll etməyin yolu ödənişdən imtina etmək deyil, ümumi yığıncaqlarda aktiv iştirak etmək və dəyişiklik tələb etməkdir!
📈 “Bəlkə qonşular ödəsin?” – Bəs mənzilinizin dəyərini onlar artıracaq?
Unutmayın ki, hər ay ödənişdən yayınanda, sadəcə o ayı yox, gələcəyinizi də riskə atırsınız.
Siz ödəmirsiniz, qonşular da “o da vermir, mən niyə verim?” deyə düşünür. Nəticədə bina baxımsız qalır, lift sabah sıradan çıxır, həyət zibilliyə çevrilir.
Sabah mənzilinizi satmaq istəyəndə alıcı ilk sualı bu olacaq:
 “Bu şəraitdə bu ev bu pula dəyərmi?”
Özünüzə sual verin: Bu mənzili gələcəkdə necə satacağam? Bu investisiyanın dəyərini necə qoruyacağam?
⚖️ Qanun nə deyir? “Ödəmirəm” demək İstəyirsinizsə, bunları bilməlisiniz:
  • Mənzil Məcəlləsinin 135 və 140-cı maddələri: Mülkiyyət hüququ yaranan andan xidmət haqqını ödəmək öhdəliyi başlayır.
  • 137.10-cu maddə: Mənzildən istifadə etməmək, hətta orada yaşamamaq belə bu öhdəliyi aradan qaldırmır.
  • Ümumi Yığıncaq Qərarı: Qəbul edilən xidmət haqqını ödəməmək hüquqi məsuliyyət yaradır.
  • İnzibati Xətalar Məcəlləsi: Borcun icrası üçün məhkəmə qərarı, əlavə dövlət rüsumu və cərimələr tətbiq oluna bilər.
💡 Yəni bu gün 50 AZN ödənişdən imtina etsəniz, sabah yüzlərlə manatlıq cərimə və məhkəmə xərci ilə qarşılaşa bilərsiniz.
📢 Sonda: Bugünkü “Yox” sabah daha çox xərc deməkdir!
Bu gün kiçik qənaət etdiyinizi düşünsəniz də, sabah bu qərarın sizə minlərlə manatlıq dəyər itkisi və əlavə xərclər gətirəcəyini unutmayın.
Evinizin qiymətini aşağı salmayın. Gələcəyinizə bu gün sərmayə qoyun!

📲 Əgər xidmət keyfiyyətindən narazısınızsa, bu barədə aktiv olun, ümumi yığıncaqlarda iştirak edin, qərarların qəbulunda söz sahibi olun. Ancaq unutmayın ki, ödənişdən tamamilə imtina etmək nə qanunla, nə də sağlam məntiqlə əsaslandırıla bilməz!

Digər məqalə və yazılar