mmmc@mibs.az

+994 55 404 09 10

Qapınıza kimi gələn əmlak vergisi bildirişi - Məlumatlar doğrudurmu? Nələri yoxlamalısınız?

Qapınıza vergi bildirişi yapışdırılıbsa, sakit olun və dəqiqləşdirin. Son zamanlar vətəndaşların qarşılaşdığı ən aktual məsələlərdən biri də bələdiyyələr tərəfindən təqdim edilən tədiyyə bildirişlərdir. Bu bildirişlərdə əks olunan borclar və məlumatlar çox vaxt dəqiqləşdirilməmiş və ya köhnəlmiş olur.
Belə vəziyyətdə vətəndaşlar haqlı olaraq sual edirlər:
  💬“Bu bildirişdə yazılanlar doğrudurmu? Bütün borcu ödəməliyəm, yoxsa məlumatlarda səhv var?”
Gəlin, bu cür hallarda hansı addımları atmalı olduğunuzu və nələri yoxlamaq lazım gəldiyini birlikdə nəzərdən keçirək.
📚 Tədiyyə bildirişində hansı məlumatları yoxlamalısınız?
✅ 1. Çıxarışa (Kupça) əsasən əmlakın sahəsi
· Ən vacib məsələ, bildirişdə göstərilən əmlak sahəsinin çıxarış sənədindəki sahə ilə tam uyğun olub-olmamasıdır.
· Bəzi hallarda bələdiyyələr qeyri-rəsmi məlumat bazalarından istifadə etdiyinə görə, sahə göstəriciləri səhv ola bilər.
✅ 2. 30 Kv.m Azadolunmuş sahənin nəzərə alınıb-alınmaması
· Vergi Məcəlləsinin 207-ci maddəsinəəsasən, fiziki şəxslərə məxsus yaşayış sahəsinin ilk 30 kv.m-lik hissəsi əmlak vergisindən azaddır.
· Bildirişdə bu azadolunmuş sahə nəzərə alınıbmı, mütləq yoxlayın!
📖 Misal: Mənzilin sahəsi 100 kv.m-dirsə, 100 - 30 = 70 kv.m sahə üçün vergi hesablanmalıdır.
✅ 3. Çıxarışın tarixi və uçot tarixi uyğunluğu
· Vergi öhdəliyi çıxarışın (mülkiyyət hüququnun) əldə edildiyi tarixdən başlayır.
· Əgər bildirişdə vergi borcu çıxarışdan əvvəlki dövrə görə göstərilibsə, bu qanunsuzdur.
✅ 4. Əmlak vergisində güzəştlər tətbiq edilibmi?
· Təqaüdçülər, müharibə veteranları, əlilliyi olan şəxslər və digər güzəşt hüququ olan şəxslər üçün vergi güzəştləri mövcuddur (Vergi Məcəlləsinin 207-ci maddəsi).
· Bildirişdə bu güzəştlər nəzərə alınıbsa, ayrıca yoxlayın.
🌐 e-belediyye.az vasitəsilə məlumatlarınızı dəqiqləşdirin
Əgər yuxarıdakı məlumatlarda uyğunsuzluq aşkar etmisinizsə, siz bu məsələləri e-bələdiyyə.az portalı vasitəsilə rahat şəkildə həll edə bilərsiniz:
📝 Düzəliş tələb etmək üçün:
1.      Portala daxil olun.
2.      Əmlakınıza dair məlumatları yoxlayın.
3.      Uyğunsuzluq olduqda onlayn düzəliş müraciəti göndərin.
4.      Bildiriş və borc məbləğinin yenidən hesablanmasını tələb edin.
💡 Unutmayın, bu hüququnuz qanunla qorunur və bələdiyyə müraciətləri qəbul etməyə məcburdur.
⚖️ Əks halda nə baş verə bilər?
· Düzəliş etmədiyiniz halda, səhv hesablanmış borca görə icra tədbirləri və cərimələr tətbiq oluna bilər;
· Ölkədən çıxışınıza məhdudiyyətlər tətbiq edilə bilər;
· Nəqliyyat vasitənizin hərəkətinə məhdudiyyətlər tətbiq edilə bilər;
· Məhkəmə qərarı ilə əmlaka həbs qoyulması, bank hesablarının bloklanması və əlavə icra xərcləri yaranması riski var.
📖 Hüquqi əsas: Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, İcra haqqında qanun.

📢Sakitlik və dəqiqlik – ən doğru yanaşmadır.
Əmlak vergisi ilə bağlı bildiriş aldıqda dərhal təşvişə düşməyin. Əvvəlcə məlumatların düzgünlüyünü çıxarış sənədi və e-bələdiyyə.az portalı vasitəsilə yoxlayın.
Bilmədiyiniz və ya əmin olmadığınız hallarda, hüquqlarınızı qorumaq üçün müraciət edin və lazımi düzəlişlərin edilməsini tələb edin.
📲 Daha çox hüquqi məlumat və maarifləndirici yazılar üçün MMMC.AZ saytını, vergi borcunuzu isə e-belediyye.az portalı vasitəsilə yoxlamağı unutmayın!

Digər məqalə və yazılar